Keçid linkləri

2017, 16 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 21:33

Kərzayi Yaponiyaya gedir


Əfqanıstan prezidenti Həmid Kərzayinin Yaponiyaya 5 günlük səfəri başlayır.

Yaponiya Əfqanıstanın ən böyük donor ölkəsidir. Ötən il Yaponiya Əfqanıstana beş il ərzində 5 milyard dollar yardım etməyə söz verib.

Ancaq rəsmilər bildirib ki, yardım beynəlxalq layihələrin həyata keçirilməsi üçün tələb olunan təhlükəsizlik vəziyyətindən asılıdır.

Həmid Kərzayi Yaponiya imperatoru Akihito, xarici və iqtisadiyyat naziri, həmçinin baş nazir Naoto Xan ilə görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG