Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:30

Daşqınlara 300, investisiya xərclərinə 608 milyon manat


İyunun 16-da Milli Məclisin İqtisadi Siyasət Komitəsində «2010-cu ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər edilməsi haqqında» qanun layihəsi müzakirə edilir.

Ölkə prezidentinin təqdim elədiyi layihədə büdcənin gəlir hissəsinin 1 milyard 490 milyon manat artırılması təklif olunur.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədovun məlumatına görə, gəlirlərin artımının 490 milyonu Vergilər Nazirliyi, 1 milyard manatı isə Dövlət Neft Fondundan transferləri hesabına formalaşacaq.

Bu vəsaitin 608 milyon manatının investisiya xərclərinə, 300 milyon manatının daşqınların vurduğu ziyanın aradan qaldırılmasına xərclənəcək.

Bundan əlavə 99,3 milyon manatı əhalinin sağlamlığının yaxşılaşdırılması, elmin maddi-texniki təminatının gücləndirilməsi, kommunal xərclər və s. sahələr üçün nəzərdə tutulan bir-sıra dövlət proqramlarının, 14,5 milyon manatının isə elm, bədən tərbiyəsi və digər sahələrdə nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Bununla da, dövlət büdcəsinin builki gəlirləri 11 milyard 505 milyon manata, xərcləri isə 12 milyard 275,3 milyon manata çatdırılacaq.

Millət vəkili əlavə və dəyişikliklər layihəsində neftin baza qiymətinin 60 ABŞ dollar götürüldüyünü qeyd edib. Bu ilin dövlət büdcəsi tərtib olunarkən neftin baza qiyməti 45 dollar götürülmüşdü.

Nazim Məmmədov təklif edir ki, əmanətlərin qaytarılması ilə bağlı daxili borcların maliyyələşməsinə də vəsait ayrılsın. Azərbaycanın daxili borcu 1 milyard 622 milyon manatdan çoxdur.

2010-cu il dövlət büdcəsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsinə Milli Məclisin iyunun 18-də keçiriləcək növbədənkənar iclasında baxılacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG