Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:10

Obama neft sızmasına görə xalqa müraciət edib


ABŞ prezidenti Meksika körfəzində neft sızması ilə əlaqədar xalqa müraciət edib.

Barak Obama bəyan edib ki, Birləşmiş Ştatlar bütün vasitələrlə neft sızmasına qarşı mübarizə aparacaq və ziyan çəkmiş regionun tam bərpası üçün nə qədər lazımdır vaxt ayıracaq.

Televiziya müraciətində Obama bildirib ki, onlar ABŞ tarixində baş verən ən böyük ekoloji fəlakətə görə BP şirkətindən ziyanı ödəməyi tələb edəcəklər.

Amerika hökumətinin hesablamasına görə «British Petroleum» şirkətinin qəzalı quyusundan hər gün 60 min barrel neft axır.

BP şirkəti hələlik neft sızmasının qarşısını ala bilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG