Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:39

Azərbaycanın hərbi hissələrdə xüsusi rejim elan edilib


Azərbaycanda havaların isti keçməsi ilə əlaqədar hərbi hissələrdə xüsusi rejim elan edilib.

Əsgərlər istiyə görə 11:00-dan 17:00-dək kazarma şəraitində saxlanılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib ki, artıq bununla bağlı Müdafiə Nazirliyində müvafiq əmr imzalanıb.

Onun sözlərinə görə, məqsəd əsgər və zabitləri istidən və onun doğurduğu fəsadlardan, ilk növbədə, günvurmadan qorumaqdır.

Son həftə ərzində Azərbaycan ərazisində havanın hərarəti yüksəlib.

Sinoptiklərin məlumatına görə iyunun 16-da Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 39 dərəcəyə yüksələcək. /Trend/
XS
SM
MD
LG