Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:03

Qırğızıstanda matəm günüdür


İyunun 16-da Qırğızıstanda matəm günüdür. Ölkənin cənubunda kütləvi insan tələfatına səbəb olan etnik toqquşmalara görə matəm elan olunub.

Səhiyyə nazirliyinin məlumatına görə Oş və Calal-Abad şəhərlərində qırğız və özbəklər arasında qarşıdurma zamanı 180-ə yaxın adam ölüb, 1800-dən artıq yaralanan olub.

Beynəlxalq Qırmızı Xaç Komitəsi isə ölənlərin bir neçə yüz adam olduğunu deyir.

İyunun 15-də Özbəkistan rəhbərliyi bəyan edib ki, artıq ərazisində 75 minə yaxın Qırğızıstandan gələn qaçqın var.

Qırğızıstan hökuməti vəziyyətin yavaş-yavaş düzəldiyini bildirir. Regiona humanitar yardım daxil olmağa başlayıb.

BMT-nin insan hüquqları idarəsi Bişkeki etnik zəmində qətllərin qarşısını almaq üçün həlledici tədbirlər görməyə çağırıb.
XS
SM
MD
LG