Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:42

Avropa Birliyi və Moldova arasında vizasın gediş-gəlin üçün danışıqlar başladı


İyunun 15-də Avropa Birliyi Moldovayla vizasız rejiminin tətbiqi üçün danışıqlara başlayıb. Danışıqlarda əsasən sərbəst viza rejiminini tətbiqi üçün lazım olan texniki məsələlər müzakirə edilir. Avropa Birliyi bəyan edib ki, Moldova pasportlarının saxtakarlıq əleyhinə yüksək mühavizə elementlərinin olması, sərhəd nəzarəti və miqrasiya xidmətinin gücləndirilməsi kimi məsələlər həll edilməlidir.

Moldova Azərbaycan, Ermənistan, Gürcüstan və Belorus kimi Avropa Birliyinin Şərq tərəfdaşlıq sazişinə qoşulan ölkələrdəndir. Bu plana görə Avropa Birliyi qanunun aliliyi, insane haqları və demokratiya kimi məsələlərdə Avropa standartlarına çatan ölkələrə vizasız gediş-gəliş, sərbəst ticarət kimi güzəştlər təkklif edir.
XS
SM
MD
LG