Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:42

Polislər Qurtuluş günündə and içdilər


İyunun 15-də daxili işlər nazirinin müavini Əsgər Ələkbərovun iştirakı ilə Daxili İşlər Nazirliyinin Arif Heydərov adına sıravi və kiçik rəis heyəti hazırlayan Məktəbində Milli Qurtuluş Gününə, 2010-cu tədris ilinin 1-ci toplanış ilkin hazırlıq kursunu tam bitirmiş dinləyicilərin andiçmə mərasiminə həsr olunmuş geniş təntənəli mərasim keçirilib.

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məktəbin rəisi, polis polkovniki Ramiz Abdullayev bu münasibətlə sıra meydanına düzülmüş şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə nazir müavininə raport verdikdən sonra mərhum prezident Heydər Əliyevin və Qarabağ döyüşlərində həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

NAZİR POLİSLƏRƏ PREZİDENTƏ SADİQ OLMAĞI TÖVSİYƏ ETDİ

Təntənəli mərasimdə çıxış edən nazir müavini, polis general-leytenantı Ə.Ələkbərov mərasim iştirakçılarını DİN rəhbərliyi və şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından Milli Qurtuluş Günü və ilkin hazırlıq kursunu müvəffəqiyyətlə bitirmələri, şərəfli “Polis Andı”nı qəbul etmələri münasibəti ilə təbrik edib, onlara seçdikləri çətin, şərəfli peşədə uğurlar arzulayıb, xidmətləri boyunca ulu öndərin ideallarına, Azərbaycan prezidentinin siyasətinə, vətənə və xalqa sədaqətli olmalarını tövsiyə edib.


Sonra gənc polis əməkdaşlarının atəş və xüsusi vasitələrin tətbiqi üzrə nümunəvi çıxışları olub.

Mərasim şəxsi heyətin nizami addımlarla tribuna önündən keçməsi ilə başa çatıb.

Milli Qurtuluş Gününə və ilkin hazırlıq kursunu tam bitirmiş dinləyicilərin andiçmə mərasiminə həsr olunmuş geniş təntənəli mərasim incəsənət ustalarının və musiqiçilərin çıxışları ilə davam edib.
XS
SM
MD
LG