Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:46

MDB Qırğızıstana hərbi qüvvə yox, hərbi geyim göndərir


MDB Kollektiv Təhlükəsizlik Şurası Qırğızıstana hərbi qüvvə- sülhməramlılar göndərməyəcək. Qırğızıstan müvəqqəti hökumətinin başçısı Roza Otunbayeva bu gün jurnalistlərə deyib ki, iğtişaşları yatırmaq üçün hərbi qüvvə göndərmək xahişləri qəbul edilməsə də, onlara xüsusi vasitələr verəcəklər.

Otunbayevanın sözlərinə görə, "bizim dəhşətli şəkildə iştişaşları yatırmaq üçün xüsusi geyimlərə ehtiyacımız var. Heç yoxumuzdur. Əgər olsaydı, yəqin ki, böhranı daha fərqli həl ledə bilərdik, böhrandan daha yaxşı çıxardıq".

Qırğızıstanda baş verən özbək-qırğız etnik toqquşmaları zamanı ölənlərin sayı artıq 170-i keçib, 1700-dən çox yaralı var. Etnik özbəklər isə ölü sayının qəsdən az göstərildiyini bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG