Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:14

Özbək qaçqınlarının sayı 100 minə çatır


Qırğızıstanda etnik münaqişə nəticəsində evlərini tərk etmək zorunda qalanların sayı 100 minə çata bilər. BMT-nin xüsusi nümayəndəsi Miroslav Yenka bu gün jurnalistlərə deyib ki, Özbək rəsmilərinin hesablamalarına görə, 75 min özbək artıq sərhədi keçib Özbəkistana pənah gətirib və onların sayı 100 mini keçə bilər.

Qırğıstan səhiyyə nazirliyi onu da bildirib ki, bugünə kimi toqquşmalarda 170 nəfər həlak olub, 1700 nəfər yaralanıb. Etnik özbəklər isə bildirirlər ki, ölənlərin sayı təxmin ediləndən də çoxdur.

Etnik qırğızlar və özbəklər arasındakı toqquşmalar iyunun 10-da Oşda başlayıb, sonra isə Qırğızıstananın cənubundakı digər yerlərə də yayılıb.

Müvəqqəti hökumət bütün silahlı qüvvələrini vəziyyəti nəzarətə almaq üçün bölgəyə göndərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG