Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:34

Dünya çempionu uğursuz başladı


Son dünya çempionu İtaliya F qrupunun açılış matçında Paraqvay millisi ilə 1:1 bərabərə qaldı.

Keyp Toundakı Qrin Point stadionunda keçirilən oyuna İtaliya sürətli başlasa da, ilk qol Paraqvaydan gəldi. 39-cu dəqiqədə Cənubi Amerikalıların mərkəz müdafiəçisi Alkaraz topu başı ilə Buffonun soluna göndərdi – 1:0

BUFFON ZƏDƏLƏNDİ

İtalyanlar 2-ci hissəyə dəyişikliklə başladı. Qapıçı Buffon zədələndi və yerinə Marketti daxil oldu.

DAHA BİR QAPIÇI SƏHVİ

63-cü dəqiqədə daha bir qapıçı səhvi qol ilə nəticələndi. Paraqvay millisinin 1 nömrəsi Villar De Rossiyə hədiyyə etdi – 1:1

BAŞQA QOL OLMADI


Qalib gəlmək üçün irəli atılan İtalyanlar Pepe və Montolivo ilə qola yaxınlaşsalar da oyun 1:1 hesabı ilə nəticələndi.

QALİBİYYƏTİN NƏ OLDUĞUNU UNUDUBLAR


İtaliya yığması 2010-cu il başlayandan bəri qalib gələ bilmir.Oynadığı yoldaşlıq görüşlərində Kamerun və İsveçrə ilə bərabərə qalan Azzurilər Meksikaya isə məğlub olub.

İtaliya F qrupundakı ikinci oyununu iyunun 20-i Yeni Zellandiya ilə keçirəcək.

OYUNUN MARAQLI EPİZODLARINA BURADA BAX (FİFA.COM)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG