Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:35

Asəf Kərimov "Qorxuram" (Hekayə)


- A, təzə məllim sənsən?

Psixoloq?! Bu nə sənətdür seçmüsən özüvə, psix nədü, kişiyə heç yaraşmır.

Xetrüve deyməsün ee. İndi delülərlə meşğul oleceysen məktəbdə? Əslündə bir ağıllı begəm var burda? Əvvel bilürdün ki, bir iki oxuyan var.

İndi köpəyuşağının hamısı elə bil meşədən gəlüb? Mənnən sənə mesləhət, get özüvə sənət tap.

Cavan oğlansan o qədər pul vərmisən... əşi başa düşürüy də, demək istəmürsən demə.

İndi işə düzəlmey çətindü. Özün bilərsən, böyüyəm, məsləhət vərməy borcumuzdur.

Riyazyat müəllimi olsaydun indü saatumdan almışdular.

Onsuz da bu it qızı zavuçun meynən arası yoxdu. Zəhər tökmüşəm elə bil boğazına.

Keçən il imtahannan meyinən arasu səründü. Onda yerazsan, tapşurublar yəqün.

Yooox?! Onnan da döyülsən. Onda lap yaxçu. Bütün mektəbü alublar əllərünə. Direktorundan tutmuş məliminə qədər mektəb hamsu əlləründədü. Hələm nazirünü demürəm. Indi mektəbdə neyniyəceysən? Saat vərübler?

Yoox. Get bir çığır-bağur sal, belkə idmannan, əmeyden bir-iki saat aldun.

Özlərinə qalsa heç ne vərən döyüllər. Keçən il iki saatımı almuşdu o yekaqarın direktor. Qohumun zadun döyül? Pis kişi döyül eee, yanunda olan o çuşqa zavuçlardu iş qaruşduranlar.

Kişini keçən il biyabur ələdülər: 8 martda onunçün də pul yığdılar. Amma heç xəbərü də olmadu deyəsən?

Sən bələ şəyləri hardan biləsən? Başqa yerdə işdəmüsən? Yox? Təzə qutarmısan? A... İşlə bala, işlə Xİ-xi-xi. Sən də mənüm oğlum.

Həç siqeyitə çatmaz aldığun? Görürəm yaxçu oğlansan, sakit, başuaşağı.

Amma, vay sene gelən qızın haluna. Sözüm harda qaldu? Yaduma sal görüm. Həəə, getdüm üstünə bir abur vərdim ona kü, yazuğ elə mat-məhətəl qaldu.

Külü qoyum kişi başuna onun. Ərvadlar doluyub onu.
Adə köpəy uşağu niyə dava əliyürsüz! Şəriylü arvaduvuz vaar???

Buna bax əə? Hələ bir təpün də sən də bulara? Hələ bu yetimçəyə bax? Anovu görərəm əlbət, it balasu it. Cavab qaytarmağuna zaduna bax əə. Narkaman köpəy oğlu...

Görürsən də günümüzi? Qız üstündə dalaşan it uşağı. Hələm sizə çateneycen üçü dördü onun işünə baxacey? Bir dəyqədə necə əsəbüləşdirdülər e, qırılmuşlar adamu.

Sən də kü, durub ayurursan olaru, gəl məni tut. Sənün məktəbündə belə şəyləri öyretməzdər sənə.

Bunlar hamusu qudurublar. Sinif zad götürsən, bilərsən ağlamağlarunu. Amma hərəsü bir qızun dalındadu səherden axşemeycən.

Sinif də götürə bilmərsən? Sən lap əfəlsən kü, acundan ölərsən.

Baru uşağ zad hazurlaya bilirsən? Əşi, nə fərqü hansı ixtisasdan, guya ki, təzələrün bir şəydən başdaru çıxur.

Keçən il birü də sənün kimi gəlmişdü, həç nə götürmürəm deyib, başdadu onnan-bunnan şikayət eləməgə, axuru mitülünü də atdular bayura.

Demə, yığub yuxarı sinfün uşağlarını it qızu it, otağa, biologiya əvəzinə seksdən, qandondan danuşurmuş.

Yəqin, təzə şey istiyirmiş? Deynən a qancuğ, sənə kişi lazumdur, get böyüyləriynən yat, daha uşağları niyə korruyursan?

Hərə bir ailədən gəlir, hərə bir kişünün uşağudu. İndüdə eşütmüşəm ki, xaricülərnən işliyür. Bizimkilərünkü, bəs eləmiyüb buna.

Nə? Xəstəliyə görə? Eee, ay bala, anasu, atasu ölüb begəm, gedib uşağıuna desin kü, qıçuna bağla? Ona nə düşüb.

Sən dersüvü keç. Sən də birdən belə şey zad əlüyərsən a? Cavansan bala, cavansan, özüvə yazuğun gəlsin? Burda yatıb çıxannar çoxdu. Hərə özünə görə kişidür?

Qəribə adamsan vallah, sənə nə var neçə yaşunda kimi ərə vərürlər? Hamı beyəm oxumaluduu? Hər oxuyanın Molla Pənah olduğunu görmüsən? Onsuz da seherdən axşamoycan seriyala baxıb, sora tualetdə min oyunnan çıxullar.

Ata-ana neynəsün, görür iş bir az da getsə xərəb olecey, başundan rət elyür dəə. Sinif rəhbərü elə bilürsən bilmür? Sənə nə var başuva kül əliyürsən, başun bədənüvə ağurruğ əliyüür? O il mənüm sinfimdə birü var idü...

Hansu? 11b-nü deyürəm də. Onda səkkizdə oxuyurdu. Gül kimi oğlan çıxmışdu qabağuna. Başladu nəm-nüm eləməgə - guya instuta girməy istiyür, oğlan matişkələrnən gəzür, yaşu çoxdu. Qələt elüyür dəə, 36 yaş nədü kişiyçün.

Səni saxluyur, yeməyini, geyməyüvü vərir? Qaxul otur xarobanda. Guya sevdiyi burnu fırtuxlu sinüf yoldaşu varmuş, Ziya. Onnan sora oğlan çıxdu məktəbdən.

Özünü zadunu öldürmək istəmüşdi. Bir anasudu, bir də özü. Onsuz da zəhləm gedirdü onnan. Anasu da bir bəzənürdü ki, elə bir ministr arvadudu. Yeməyə çörəyi gücnən tapurlar, oğlanun sövdasına bax.

Denən ay yetimçə, arvad saxloyan it oğlusan? Atasu da Qarabağda ölmüşdü. Həyif o cür oğuldan ki, arxasunca bələ uşağ buraxub. Oğlan ölənnən sonra kim bilür arvad nə işnən məşğuldu.

Hər dəfə də sinif üçün pul yığulanda məynən davaya gəlürdü ki, şəhid ailəsüyəm. Guya ki, mən göndərmüşəm onu davaya.

Axurda gördülər ki, qıznan bacara bilmürlər, gəldü atasu üstümə ki, razu sal, şirinniyün mənnön. Axuru dərsdən çıxanda oğlana zəng ələdüm, gəlib apardular.

Çığıra-çığıra ələ gətdi kü, gəl görəsən.

Atasu da kişi çıxdu, sözünün üstündə durdu, bir de gördüm kü, xonça göndərüb mənə, içündə də dəvətnamə. 100 dollar da pul qoymuşdu. Bir dənə də toy çaldurdu oğlan ki, ves Bakı yığılmışdu. İndü oturub evündə səğ-səlamət.

Düzdü iki dəfə uşağ salub, amma indikü hava hava dəyül, yeməyü də Allah kəssün, nə bilüm nə zir-zibüldü?

Yərə niyə tüpürürsən? Əyibdü, deyərlər mədənyətü yoxdu? Yol yeriyəndə elə getgünən ki, desinlər oğul gəlür.

Həə, sən mənə qulağ as. O qədər direktor yola vərmişəm ki. Burda o zavuçlara zada fikir vərmə. Səni göndereceylər onun bunun dərsini keçməyə, özləri də pulu alub qoyeceylər cibllərünə. O Məlahət ki, var.

Tanımursan hələ? Şükür elə kü, tanımursan. İbtidayülərün zavuçudu. Direktorun pul yığanudu. Həyasizun birüdü. O, nə desə, denən baş üstə, amma get işüvü gör. Birdən xətrünə dəyərsən a! O dəyqə kişünün yanunda sənü yaş yuyb, quru sərecey.

İşverəndü özü də yekəsünnən. Ələ bilmə kü, savadu zadu var aaa Yox əşii, aktyorruğu qutarub, sora da necə olubsa, o doqquzuncu mikrarayonda instut var e, direktordan doqquz ayluğ kurs keçüb, gəlüb olub zavuç.

Deynən ay matişkə, sən həvaxt sinif apardun ki, alim oldun?

Onnan işin zadun olmasun ha, birdən sənə naz satar. O, direktorun ərazüsündədü. Yoxsa sənün üstünnən direktor özü perpendikulyar çəkər.

Gül, gül, gülməlü deyül e, ağlamaludu. Gör, kimün əlində qalmuşuğ. O birüsü, Eskanı deyürəm. Adı Esmiradu. Yeraz özü də super. Hırnan zırı qanmur. Onun işü əməkgünü kəsməydü.

Bu məlimnən kəsür, o birisüynən danuşur ki, əvəzetməni sənün aduva yazaram, sonra faiznən bölürlər.

Elə belə döyül ki, bir meynən bacara bilmədü, veçnü əlli-əlliyə işləmüşəm. Sənə birdən deyər ki, əvəz et, saatı sənə yazacağam inamma. Götürüb stajdu məllimün ayağuna yazecey.

Ən çoxda edebiyyatdan dərs kəçür e, Suğra məlimənün adına yazur. Qoca arvaddur 75 yaşu var, 45 ilün məliməsüdür. Tək adamdur, o da oynan dolanur.

Yoxsa onsuz da qulağu əşütmür, uşağlar başuna çıxur. Onun işi dərs deməy döyül. Belə işdərə görə onu saxluyullar.

Yazuğ arvad neynəsün, iki dənə də sinfü var, bayramlarda da zavuçlar onun əvəzündə pulu alur qoyurlar ciblərünə. O yaşda da 36 saat dərs götürməy olar. Bişmiüş toyuğa desön gülmeyi gelər.

Özüdə heç baxan da yoxdu ki, bu zavuça desün a qancuğ, heç ədebiyat məliməsü də fizika keçər? Heç olmasa riyazyat məlimünü göndər sinfə.

Məni pis başa düşmə ye, görürəm yaxçu oğlansan, şəhər uşağusan. Elə eləməginən ki, səni əfəlləsünlər.

Bu çuşqaların tayu döyülsən. Adamun sənü kimü kürəkəni ola. Mən çatdum. Oldu, hələlüy, köməy elədiyüvə görə sağ ol. Bağuşda evə dəvət əlüyə bilmürəm, evdə qız uşağu var.

Qonum qonşu görər yaxçu döyül. Xudahafiz.

- On beş ildi direktoram, sənin kimisinə rast gəlməmişəm. Dünən işə götürmüşəm. Pulsuz parasız! Şərait də yaradacağam. Bu kompüteri kim işlədəcək. O, qədər xahiş eləyəndən sonra sənin üçün tapmışam. Orda kim yazacaq?

Dünən gördüm kimnən gedirsən, o qancığa fikir verib eləmə, ağzına gələni danışır. Zavuçlara da tapşırmışam sənə əl tutsunlar. Niyə gedirsən?

- QORXURAM!

***

- Eşitdüm gedürsən, bir sən həmsöhbət idün, dəstək idün mənə. Tek qoydun bu qurtdarın içində, gedəsi yerim yoxdur, mən də gedərdüm. Niyə gedürsən?

- QORXURAM!

***

- Müəllim siz də gedirsiz? Bizə bir Elman məllim qaldu. Niyə gedirsüz?

- QORXURAM!

***

- Cavanların heç birisi bir işə yaramır.

- Ələ bilirlər uşaqla işləmək asantdur.

- Daha demirlər ki, universitet qutarmaq deyil. Adamın gərək fərasəti ola.

- Ay qırılasınız sizi! Elə bil ətindən kəsirlər it oğlunun. Ay bala rod domdasan? Doğursan? Elə qışqırırsan?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG