Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:39

Bakiyev Moskvanı Qırğızıstana hərbi müdaxiləyə çağırıb


Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyev iyunun 14-də Rusiyanın nəzarətində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını onun ölkəsinə hərbi müdaxiləyə çağırıb. Aprel ayında hakimiyyətdən devriləndən sonra Belorusa sığınan Bakiyev bildirir ki, vəziyyəti normallaşdırmaq üçün bu cür müdaxiləyə ehtiyac var.

Bakiyevi hakimiyyətdən devirmiş müvəqqəti hökumət də Moskvaya müraciət edərək ölkəyə sülhməramlılar göndərməyə çağırıb. Amma kremldən bildirirlər ki, Rusiyanı müstəqil şəkildə hərəkət etmək üçün mandatı yoxdur.

Qırğızıstanın özünün də daxil olduğu KTMT-nın Baş Katibi Nikolay Bordyuja bildirib ki, yaxın saatlarda toplaşıb lazım olan addımlar haqqında qərar verəcəklər.

Son dörd gündə Qırğızıstanın cənubunda özbəklərlə qırğızlar arasında toqquşmalarda rəsmilər 130-a yaxın adamın həlak olduğunu, 1700-dən çox adamın da yaralandığını bildirirlər. Ağır yaralılar çox olduğundan hökumət ölənlərin sayının artmasından narahatdır.
XS
SM
MD
LG