Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 13:54

«Lider»in şərhçisi qərəzdən gileylənir


Rövşən Binnətli
«Mənə qarşı tənqidlər qərəzlidir». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Lider» televiziyasının idman departamentinin baş icmalçısı, Dünya çempionatının şərhçilərindən biri Rövşən Binnətli deyib.

Onun sözlərinə görə, oyunçuların adlarının tələffüzünü dilçilərlə məsləhətləşirlər. Şərhçilik məsələsinə gəldikdə isə, R.Binnətli deyib ki, bu zövq məsələsidir:

«Yüzdəyüz hamı tərəfindən müsbət qəbul olunmaq mümkün deyil. Mən də o iddiada deyiləm ki, hamının zövqünü mütləq şəkildə oxşayım. Amma hesab edirəm ki, dilimizin gözəlliyini duyan və sevən insanların heç biri məndən narazı deyil».

Şərhçi onu bəyənməyənlərin olduğunu da deyib:

«Şərhçilər barəsində tənqidi fikirlər səsləndirənlər heç bir şeylə onu əsaslandıra bilmirlər».

Bəzən yanlışların da ola biləcəyini deyən Rövşən Binnətli bildirib ki, buna qərəzli şəkildə yanaşmaq lazım deyil.


/Hazırladı Kamran Mahmudov/

Şərhləri göstər

XS
SM
MD
LG