Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:13

Türkiyədən bir qrup deputat Vaşinqondadır


Türkiyədəki hakim partiyanın bir qrup deputatı Ankaranın üzünü Qərbdən Şərqə döndərməsinə dair narahatlıqlar barədə müzakirələr aparmaq üçün Vaşinqtona səfər edib. Səfər bir həftə davam edəcək.

2002-ci ildə hakimiyyətə gələn islam təmayüllü Ədalət və İnkişaf Partiyası Türkiyənin xarici siyasət prioritetinin dəyişməsi barədə ölkənin daxilindən və kənardan səslənən fikirləri rədd edir.

ABŞ-ın Müdafiə naziri də bugünlər çıxışında bildirmişdi ki, Avropa Birliyi Türkiyənin bu bloka üzvlük prosesini ləngitdiyindən Ankara üzünü Şərqə tərəf çevirməkdədir.
XS
SM
MD
LG