Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:59
«Qobustan qoruğunun işçiləri bizə eksponat kimi baxırdılar». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında müsavatçı gənclərdən Rəşad Əliyev deyib. Verilişdə iştirak edən Müsavat Partiyasından olan fəallar Rüfət Hacıyev, Səxavət Soltanlı şənbə günü Müsavat Partiyasının və Demokratiya Uğrunda İttifaqın mitinqindən sonra Qobustan ekskursiyasından danışıblar.

«Bizi sındırmaq üçün belə addım atdılar».

Müsavat Partiyasının Sabunçu rayon təşkilatının rəhbəri Rafiq İsmayıl deyib ki, bu hadisə heç bir insanlığa yaraşmayan hadisədir:

«Sanki bizi siyasi girov götürmüşdülər. Biz bilmirdik ki, bizi hara apardılar».

Milli Məclisin İnsan Haqları Komitəsinin üzvü, deputat Həvva Məmmədova müsavatçıları Qurtuluş Günü münasibətilə təbrik edib:

«Nə üçün Müsavat Partiyasının üzvləri təklif olunan yerlərdə aksiya keçirməkdən imtina edirlər? Yeni Azərbaycan Partiyası təklif olunan yerə gedib aksiya keçirir, amma Müsavat Partiyası buna razılaşmır».

Müsavat Partiyasının Divan üzvü, seçki departamentinin rəhbəri Gülağa Aslanlı isə cavabında deyib ki, mən Həvva xanımın təbrikini özünə qaytarıram:

Gülağa Aslanlı
«Qurtuluş Günü bizim yox, onların bayramıdır».

Deputat Həvva Məmmədova deyib ki, Qobustan məsələsi araşdırılmalıdır:

«Əgər bu fakt təsdiqini taparsa həmin insanlar cəzalandırılmalıdır. Amma bunlar da təklif olunan yerlərə getməməklə insanların hüquqlarını pozurlar».

«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov isə bildirib ki, hakimiyyət bu addımı ilə səmimiliyini göstərib:

«Hakimiyyət daha səmimidir. Açıq şəkildə bəyan edir ki, bundan sonra döyməyəcəyəm, amma heç bir yenilik olmayacaq. Yəni heç bir güzəştə getməyəcəyəm».


/Hazırladı Kamran Mahmudov/

HƏMÇİNİN OXU:

POLİTURİZM

Şərhləri göstər

XS
SM
MD
LG