Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:38

Islamçıların “Min bir gecə”ni qadağan etmək cəhdi boşa çıxdı


Min bir gecənin ərəbcə əl yazısı
Min bir gecənin ərəbcə əl yazısı
Misirin baş prokuroru islamçı hüquqşünasların “Min bir gecə” əsərini qadağan etmək haqda şikayətini rədd edib. (MENA)

Şikayətçilər əsəri “ədəbsiz” adlandırırlar. Onlar əsərin yeni buraxılışı nəşr ediləndən sonra məsələni yenidən gündəmə gətiriblər.

Baş prokuror Əbdül Məcid Mahmud deyib ki, “Min bir gecə” əsrlərdir problemsiz çap edilir və saysız-hesabsız sənətkarlar üçün ilham mənbəyi olub.

Mahmud əsərin çapına icazə verən 1985-ci il tarixli məhkəmə qərarına istinad edərək deyib ki, yeni buraxılışa heç bir əlavə edilməyib.

2003-cü ildə islamçılar Mədəniyyət Abidələri üzrə İdarənin çap etdirdiyi üç romana etirazlarını bildirmişdilər. Onlar romanları "mənəviyyatsız" adlandırırdılar. Bundan sonra Misirin mədəniyyət naziri həmin idarənin rəhbərini işdən azad etmişdi.

Orta əsrlərdə yaradılan “Min bir gecə” nağılları həmişə mübahisə mənbəyi olub. Nağılları Şəhrizad adlı bir gözəl öz ölümünü ertələmək üçün padşaha danışır. Padşah bakirə qızlarla yatandan sonra onları edam edir.

İslamçıları Şəhrizadın danışdığı nağıllarda rast gəlinən erotik təsvirlər də qıcıqlandırır. Onlar əsərin müsəlmanları “zinaya sövq etdiyini” düşünürlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG