Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:09

Asteroidi öyrənən peyk Yerə enib


Alimlər son yeddi ildə kosmosda olmuş Yaponiyanın peykini tapıblar. Onlar guman edirlər ki, fəzada olduğu nüddətdə ondan asteroidlər haqqında qiymətli məlumatlar toplanıb. O, bir asteroidin üzərinə düşüb, oradan təzədən Yerə qayıdan ilk belə peykdir.

Alimlər araşdırmalar üçün peykin düşdüyü Avstraliya ərazisinə gedirlər.

Yaponiyanın bu peyki 500 metrlik asteroidin şəkillərini çəkib yerə göndərəndən sonra 2005-ci ildə iki dəfə də onun üzərinə enib.

Alimlər hesab edirlər ki, peykin asteroiddən gətirdiyi nümunələr Günəş sisteminin tarixi, planetlərin yaranması, asteroidlərin fiziki göstəriciləri haqqında çox dəyərli informasiyalar verə bilər.
XS
SM
MD
LG