Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 00:11

İnqilab Qvardiyası Qəzzaya humanitar yük aparan gəmini müşayiət etməyəcək


İranın elitar hərbi qüvvəsi olan İnqilab Qvardiyasının komandir müavini, general Hüseyn Salami iyunun 14-də bildirib ki, onlar Qəzzaya humanitar yardım aparan gəmiləri müşayiət etmək niyyətində deyillər. O, deyib ki, bundan əvvəl mətbuatda bu haqda yayılan məlumatlar həqiqətə uyğun deyil.

İran ölkədəki Qızıl Aypara Cəmiyyətinin xətti ilə Qəzzaya iki humanitar yük dolu gəmi göndərməyi planlaşdırır.

Mayın 31-də İsrail Qəzzaya yük aparan beynəlxalq könüllülərdən ibarət gəmi karvanındakı Türkiyə gəmisinə hücum edərək doqquz nəfəri öldürüb, xeyli adamı da yaralayıb.
XS
SM
MD
LG