Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:23

Əfqanıstanda bir trilyon dollarlıq mineral yatağı tapıldı


"New York Times" qəzetinin məlumatına görə ABŞ geoloqları Əfqanıstanda bir trilyon dollar dəyərində mineral yatağı aşkar ediblər.

Bu ölkədəki ABŞ qoşunlarının komandanı, general David H. Petraeus qəzetə bildirib ki, o da yeni qiymətli litium yatağı tapılması barədə ABŞ Müdafiə nazirliyini təcili məlumatlandırıb.

Litium mobil telefonların və daşına bilən kompyuterlərin batareyalarının hazırlanmasında istifadə edilən qiymətli metaldır.

Məlumata görə geoloqlar dəmir, mis, qızıl yataqları da aşkar ediblər. Rəsmilər hesab edirlər ki, bu yataqların istifadə edilməsi Əfqanıstanı birdəfəlik kasıblıqdan çıxara bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG