Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:49

QHT-lər Bişkekə sülhməramlıların gəlməsini istəyirlər


Qırğızıstanın paytaxtı Bişkekdə qeyri-hökumət təşkilatlarının nümayəndələri BMT nümayəndəliyi qarşısında mitinq keçirir. Mitinq iştirakçıları ölkəyə sülhməramlı qüvvələrin gətirilməsini xahiş edirlər.

“İnterfaks” agentliyi xəbər verir ki, Cəlal-Abadda da mitinq keçirilir. Şəhərin mərkəzi meydanına iki minə yaxın adam yığışıb. Onlar özbək məhəllələrinə hücuma çağırılar.

Qırğızıstan Səhiyyə Nazirliyinin yaydığı xəbərə görə, son dörd gündə ölkənin cənubunda özbəklərlə qırğızlar arasında baş vermiş etnik münaqişə nəticəsində ölənlərin sayı 117 nəfərə, yaralıların sayı 1500-ə çatıb.

On minlərlə etnik özbək Qırğızıstanı tərk edir. Beynəlxalq Qırmızı Xaş Komitəsi ölkədəki vəziyyəti kritik adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG