Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:14

Bakıda 70-ə yaxın gənc yerə sərildi


İyunun 13-də Bakının mərkəzində - Neftçilər prospektində Qız qalasının yaxınlığında 70-ə yaxın gənc eyni anda yerə uzanıb.

Bu, «FlashMob-Azərbaycan» adlı qrupun növbəti aksiya formatıdır. Aksiyanın ideyası «Surroqatlar» filmindəndir.

Təşkilatçılar deyirlər ki, bu flaş-mobla konkret mesaj ötürmək niyyətləri yoxdur: mesajı seyrçilər özləri çıxartmalıdır.

Bu filmdə hər kəsin öz robotu olur, adamlar evdə oturur, onların yerinə küçəyə ancaq robotlar çıxırlar, robotlar yaşayır. Şəhərin bütün sakinləri virtual həyat yaşayırlar.

Amma birdən filmin qəhrəmanı bütün robot sistemini söndürür, robotlar yıxılıb yerdə qalır. Və bir anda sanki bütün şəhər sönür.

Yalnız bundan sonra insanlar özləri evlərindən bayıra çıxmağa başlayırlar.

«FlashMob-Azərbaycan» qrupu internetdə yaradılıb, hər yeni aksiyanın elanı internetlə yayılır. Qaydalar və aksiyanın ssenarisi ilə tanış olan gənclər müəyyənləşdirilmiş vaxtda görüş yerinə toplaşırlar. Aksiyada iştirak edənlər adətən bir-birini tanımırlar.

Flaşmob – improvizə edilmiş, kollektiv bir oyun növüdür. Bu oyunun əsas məqsədi ətrafdakıların diqqətini absurd və qeyri-adi hərəkətlərlə cəlb etməkdir. Belə aksiyalar internetdə, sosial şəbəklər tərəfindən təşkil edilir.

Video RATİ-nindir.

Şərhləri göstər

XS
SM
MD
LG