Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:27

Yoaxim Löv komandasının çatışmayan cəhətlərini açıqlayıb


Austria - German coach Joachim Loew reacts during the EURO 2008 preliminary round group B soccer match between Croatia and Germany at the Woerthersee stadium in Klagenfurt, 12Jun2008

Austria - German coach Joachim Loew reacts during the EURO 2008 preliminary round group B soccer match between Croatia and Germany at the Woerthersee stadium in Klagenfurt, 12Jun2008

Alman millisinin məşqçisi müdafiə xətti ilə yarımmüdafiədə çatışmazlıqların olduğunu qeyd edib. Lövün sözlərinə görə, onda elə təəssürat yaranırdı ki, komanda hücumu qurban verərək müdafiəyə daha çox diqqət ayırırdı. Məşqçi bu çatışmazlığı aradan qaldıracağına söz verib.

Almaniya yığmasının baş məşqçisi Yoaxim Löv komandanın oyunundan o qədər də razı deyil. İyunun 13-də Avstraliya yığması ilə keçirdikləri oyunda 4-0 hesabı ilə qələbə qazanmaqlarına baxmayaraq Löv hesab edir ki, komanda daha yaxşı nəticə göstərə bilərdi.

Alman millisinin məşqçisi müdafiə xətti ilə yarımmüdafiədə çatışmazlıqların olduğunu qeyd edib. Lövün sözlərinə görə, onda elə təəssürat yaranırdı ki, komanda hücumu qurban verərək müdafiəyə daha çox diqqət ayırırdı. Məşqçi bu çatışmazlığı aradan qaldıracağına söz verib.

Oyunun müsbət tərəflərinə gəlincə isə Löv müdafiəçilərin oyununu və əkshücumu qeyd edib. Məşqçi onu da qeyd edib ki, dünya çempionatının ilk oyununda qələbə çox vacibdir, bu, oyunçuların inam hissinin artmasına kömək edir.

Avstraliya ilə keçirilən matçda Almaniya 4-0 hesabı ilə qələbə qazanıb, oyunda qolları Lukaş Podolski, Miroslav Kloze, Tomas Müller və Kakau vurub. İyunun 18-də Almaniya yığması Serbiya ilə, 22-də isə Qana ilə görüşəcək.
XS
SM
MD
LG