Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:12

İraqın Mərkəzi Bankına edilən hücum nəticəsində 26 nəfər ölüb


İraqın Mərkəzi Bankına edilən hücum nəticəsində 26 nəfər ölüb, onlarla adam yaralanıb. Banka hücum dünən olub. Əvvəlcə bankda bir neçə partlayış olub, sonra hücum edənlərlə polis arasında atışma gedib. Atışma 3 saat çəkib.

İraq təhlükəsizlik orqanlarının nümayəndəsi bildirib ki, bankdan pul və qiymətli əşya götürülməyib.

Hökumət hücuma görə “Əl-Qaidə”ni ittiham edib.

XS
SM
MD
LG