Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:27

Qırğızıstanda ölənlərin sayı 117 nəfərə çatıb


Son dörd gündə Qırğızıstanın cənubunda özbəklərlə qırğızlar arasında baş vermiş etnik münaqişə nəticəsində ölənlərin sayı 117 nəfərə, yaralıların sayı 1500-ə çatıb. Xəbəri Qırğızıstanın Səhiyyə Nazirliyi yayıb.

Beynəlxalq Qızıl Xaç Komitəsi bildirib ki, Qırğızıstanın cənubunda vəziyyət kritik həddə çatıb edib.

Rusiya Qırğızıstanın şimalındakı hərbi bazasının şəxsi heyətinin və avadanlığının təhlükəsizliyini təmin etmək üçün bu ölkəyə azı 150 desant göndərib. Bununla belə, Moskva Qırğızıstanın cənubunda sabitliyi bərqərar etmək məqsədilə hərbi qüvvə göndərmək niyyətində olmadığını bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG