Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:08

Berlində 15 polis xəsarət alıb


Berlində mitinqçilərlə polis arasında baş vermiş toqquşma zamanı 15 polis xəsarət alıb.

Associated Press-in xəbərinə görə, bir neçə min adam Almaniya hökumətinin büdcə xərclərinin ixtisarı ilə bağlı planlarına qarşı dinc aksiya keçiriblər. Az sonra onlara bir neçə yüz nəfər solçu radikallar qoşulublar. Onlar polislərə daş, butulka atıblar.

Polisin məlumatına görə, qarşıdurma əvvəlcədən planlaşdırılıbmış.

XS
SM
MD
LG