Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:09

İraq parlamenti ilk iclasını keçirəcək


Mart ayında seçilmiş İraq parlamenti bu gün ilk iclasını keçirəcək. Lakin yeni hökumətin tərkibi ilə bağlı parlamentdəki siyasi qüvvələr arasında hələ də razılıq əldə olunmayıb. Müşahidəçilər yeni baş nazirin kimliyi ilə bağlı müzakirələrin həftələr, hətta aylarla davam edəcəyini bildirirlər.

Sünni azlığın dəstəklədiyi keçmiş baş nazir İyad Əlləvinin İraqiyyə alyansı 7 mart seçkilərinin qalibi olsa da, hökuməti formalaşdırmaq üçün parlamentdə lazım olan çoxluğa nail ola bilməmişdi. Şiələrin dəstəklədiyi seçki blokları izə öz növbəsində ittifaq qursalar da, baş nazir postu ilə bağlı razılığa gələ bilməyiblər.

XS
SM
MD
LG