Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:25

İranda 90-dan çox müxalifətçi saxlanılıb


Ötən gün İranda 90-dan çox müxalifət fəalı saxlanılıb.

Bu barədə İranın İSNA agentliyi yerli hüquq mühavizə orqanlarına istinadla xəbər verir.

Eyni zamanda İranın hakim dairələri ölkdə elə bir ciddi insident və etiraz aksiyası olmadığını bildirir.

İranın hakim dairələri bundan əvvəl prezident seçkilərinin ildönümündə istənilən aksiyanın kəskin şəkildə dağıdılacağını xəbərdarlıq etmişdi.

Müxalifət liderləri Mirhüseyin Musəvi ilə Mehdi Karrubi buna görə dünənə nəzərdə tutulmuş etiraz aksiyalarını təxirə salmalı oldular.

Ötən il iyunun 12-də indiki mprezident Mahmud Əhmədinejadın qalib gəldiyi mübahisəli seçkilərdən sonra ölkədə kütləvi nümayişlər, sonra isə ölümlə nəticələnən toqquşmalar və kütləvi həbslər başlandı.

Müxalifət nəticələrin saxtalaşdırıldığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG