Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:52

İrana yükdaşımalar azalıb


Son 3-4 gündə İrana gedən və oradan gələn yük maşınların sayı azalıb.

«Əvvəllər gün ərazində sərhədi 100-120 yük maşını keçirdisə, indi bu rəqəm 50-60-a enib».

Bunları AzadlıqRadiosuna Astara terminalın direktor müavini Rafael Abdullayev deyib.

Onun dediyinə görə, iş adamları yükün Azərbaycan maşınlarında daşımasına daha çox maraq göstərirlər. İranın yük maşınları bu taya keçməyə həvəsli deyillər.

İş adamı Vidadi Mirzəyev deyir ki,yükdaşımaların zəifləməsi İranla bağlı verilən sanksiya ilə əlaqədardır. Bu taya yük daşıyan İran sürücülərinə nəzarət artıb. Bundan başqa, hər iki ölkədə istehlak malların qiymətlərində fərq, demək olar ki, aradan qalxıb. İranlı iş adamları ölkələrində qiymətlərin qalxacağından qorxurlar.

Yükdaşımaların zəifləməsinin bir səbəbi də Azərbaycanın cənub bölgəsinə qatarların hərəkətinin dayandırılmasıdır. Salyan ərazisində Xəzər dənizinə axıdılan su dəmir yolunu bir neçə yerdən dağıdıb. Dəmir yolu bu günə kimi bərpa olunmayıb. Tranzit yüklət Şirvan ərazisində ilişib qalıb. Astara dəmir yolu stansiyasından AzadlıqRadiosuna bildiriblər ki, yol 10-12 gündən sonra bərpa olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG