Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:36

Emin Milli həbsxanada dərs deyir


Hazırda həbsdə olan bloqçu Emin Milli vəkili İsaxan Aşurovla görüşüb. Bu barədə AzadlıqRadiosuna vəkili məlumat verib. Vəkilin dediyinə görə, Emin Milli təhsilsiz dustaqlara yazıb-oxumağı öyrətmək niyyətindədir:

«Ona əlifba kitabı və ingilis dili dərslikləri çatdırmağımı istəmişdi. Çünki dustaqlar arasında yazıb-oxumağı bacarmayanlar var. İstədiyi kitabları ona çatdırdım».

İsaxan Aşurov deyir ki, Emin Milli saxlandığı şəraitdən narazı deyil. Ona yaxın qohumları ilə görüşə də icazə verilib.

Emin Milli 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulub. O, qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hazırda Salyandakı Xələc təcridxanasında cəza çəkir.

Günün bütün mövzuları

XS
SM
MD
LG