Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:11

Qırğızıstan Rusiyadan sülməramlı qüvvələr istəyib


Qırğızıstan hökuməti ölkədə yaranmış vəziyyəti yoluna qoymaq üçün Rusiyadan sülməramlı qüvvələr istəyib.

Bu barədə müvəqqəti hökumətin rəhbəri Roza Otunbayeva jurnalistlərə açıqlamasında bildirib.

O belə bir müraciətlə Rusiya prezidenti Dimitri Medvedevə rəsmi məktub göndərdiyini deyib.

Dünən ölkənin cənubundakı Oş şəhərində yerli qırğızlar, etnik özbəklər və təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda azı 50 adam ölüb, 700-ə yaxın adamsa yaralanıb.

Bu gün müxtəlif etnik qrupları təmsil edən bir neçə qrup şəhərin müxtəlif hissələrində qarşı-qarşıya durmuş kütləni sakitləşdirməyə çalışırlar.

Qırğızıstandakı ötəri hökumət vətəndaş müharibəsinə yol verilməməsi üçün ehtiyatda olan polis və hərbçiləri Oşa getməyə, toqquşmaların qarşısını almağa çağırıb.

Həmçinin Human Rights Watch təşkilatı beynəlxalq aləmi vəziyyətin nəzarətə alınmasında Qırğızıstanın hakim dairələrinə kömək etməyə çağırıb.
XS
SM
MD
LG