Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 02:19

Xarici siyasət Ankaradan baxanda bir cür, Vaşinqtondan başqa cür görünür


Barak Obama Vaşinqtonda Rəcəb Tayyip Ərdoğanı salamlayır, 12 aprel 2010
Barak Obama Vaşinqtonda Rəcəb Tayyip Ərdoğanı salamlayır, 12 aprel 2010
Qarşımızda xarici siyasətlə bağlı elə bir mənzərə var ki, Ankaradan baxanda bir cür, Vaşinqtondan baxanda başqa cür görünür.

Əvvəlcə ABŞ-ın paytaxtı Vaşinqtondan baxaq: İkinci Dünya müharibəsindən sonra sadiq müttəfiq olan Türkiyə istiqamətini dəyişərək Amerikanın əsl düşmənləri ilə eyni mövqedə durub. «Həmas»ı müdafiə edir, Qərbdə qətliamlar törətməkdə günahlandırılan və dünyanın heç bir yerinə gedə bilməyən Sudan liderini qəbul edir; İranla qol-boyun gəzir; İsrail ilə müharibə vəziyyətində olan Suriya lideri Bəşşar əl-Əsəd sanki, hər ay Türkiyəyə gəlir. Baş nazir Ərdoğan Amerikanın bölgədəki ən yaxın müttəfiqi olan İsraili ən sərt sözlərlə təhdid edir, onu diz çökdürməyə çalışır.

Prezident Obamanın bütün arzu və təzyiqlərinə baxmayaraq, Ermənistanla imzalanmış protokollar demək olar ki, təxirə salınıb. Türkiyə Azərbaycanla münasibətlərini səbəb göstərərək Dağlıq Qarabağda işğala son qoyulması şərtini irəli sürür. Yaxın gələcəkdə Ankara ilə Yerevan arasında bu problemlərin həll edilməsi ehtimalı yoxdur.

OBAMA BÖYÜK TƏZYİQ ALTINDADIR

Ankaradan baxanda isə, tamamilə başqa şeylər görünür:

Türkiyə regionda rifahın və sabitliyin yaradılması üçün ön plana çıxmış bir ölkədir. Suriyadan Əfqanıstana, Somalidən Bosniya-Herseqovinaya qədər bütün problemli ərazilərə əlini uzatmağa çalışır. Əfqanıstan və İraqda sülh yaratmaq üçün əlindən gələni edir. Amerikanın İraqda etdiklərini təkrarlamaması üçün diplomatik yollardan axıra qədər istifadə edir. İsrailin birtərəfli, təzyiqçi və qüvvədən istifadə siyasətini dayandırmağa, tarazlaşdırmağa çalışır. Sadəcə Orta Şərq və ərəb ölkələri ilə deyil, Rusiya ilə də viza rejimini ləğv etmək üçün addımlar atır. Suriya və Sudanı təcriddən xilas etmək və beynəlxalq ictimaiyyətə qazandırmaq üçün siyasətlər hazırlayır.

Haradan baxsaq da, qarşımızda bəzi dəyişdirilə bilməyəcək həqiqətləri görürük. Türkiyə-Amerika münasibətləri bəlkə də, tarixin ən qarmaqarışıq günlərini yaşayır... Türkiyənin cəzalandırılmasını düşünənlər Obamaya təzyiq göstərməyə başlayıb. Türkiyənin İsrail ilə münasibətlərinin pozulmasını və BMT-də İranın lehinə səs verməsini qabardan Amerika mediası hücuma keçib. Qarşımızda bu təzyiqi gücləndirəcək olan yəhudi və erməni lobbiləri var. Türkiyənin atdığı addımların narazılıq yaratdığını həm Ağ Ev, həm də Dövlət Departamentinin açıqlamalarında oxuduq. ABŞ Müdafiə naziri Robert Qeyts də həmin açıqlamalara yaxın sözlər dedi.

ABŞ rəhbərliyinin PKK-ya dair mövqeyini dəyişdirəcəyi və «erməni soyqırımı layihəsi»nin qarşısını almaqdan vaz keçəcəyi bildirilir. Obama təzyiqlərə müqavimət göstərməsə və Türkiyə ilə bağlı siyasətini köklü şəkildə dəyişdirməyə başlayarsa, demək, yaşadığımız bölgədə vəziyyət əməlli-başlı qarışacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG