Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:11

Qırğızıstandakı toqquşmalarda azı 50 adam ölüb


Qırğızıstanın cənubundakı Oş şəhərində yerli qırğızlar, etnik özbəklər və təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda azı 50 adam ölüb.

Bundan başqa 700-ə yaxın adamın yaralandığı xəbər verilir.

Bu gün müxtəlif etnik qrupları təmsil edən bir neçə qrup şəhərin müxtəlif hissələrində qarşı-qarşıya durmuş kütləni sakitləşdirməyə çalışırlar.

AzadlıqRadiosunun Qırğız xidmətinin verdiyi məlumata görə bir sıra maskalı adamlar etnik münaqişəni daha da dərinləşdirmək üçün hər iki tərəfə atəş açırlar.

Qırğızıstandakı ötəri hökumət etnik zəmində baş verən toqquşmaların vətəndaş müharibəsinə çevrilməməsi üçün ehtiyatda olan polis və hərbçiləri Oşa getməyə, toqquşmaların qarşısını almağa çağırıb.

Həmçinin Human Rights Watch təşkilatı beynəlxalq aləmi vəziyyətin nəzarətə alınmasında Qırğızıstanın hakim dairələrinə kömək etməyə çağırıb.
XS
SM
MD
LG