Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:51

Hansı baş məşqçi nə qədər qazanır?


İndi bütün gözlər Cənubi Afrika Respublikasına dikilib

İndi bütün gözlər Cənubi Afrika Respublikasına dikilib

İndi bütün gözlər Cənubi Afrika Respublikasına dikilib. 2010-cu il Dünya Çempionatı ilə bağlı ən kiçik xəbəri belə futbolsevərlər maraqla oxuyur. Fransanın «Tribune» qəzeti isə builki çempionatda təmsil olunan yığmaların ən çox qazanan baş məşqçiləri haqqında yazıb.

Qəzet yazır ki, ən çox qazanan italiyalı Fabio Kapellodur. Onun illik gəliri 8.8 milyon avrodur. İngiltərə yığmasının baş məşqçisi olan Kapellonun bu qazancına aldığı mükafatlar daxil deyil. Kapello İngiltərə milli komandası ilə iki mövsüm işləmək haqqında müqavilə imzalayıb.

«Tribune» yazır ki, Kapellonun ardınca ildə 3.3 milyon avro qazanan İtaliya yığmasının baş məşqçisi Marçello Lippi gəlir.

Siyahının üçüncü yerində Almaniya yığmasının baş məşqçisi Yoaxim Löv dayanır. O, mükafatlardan başqa ildə 2.5 milyon avro qazanır.

Lövdən sonra ildə 1.8 milyon avro qazanan Hollandiya yığmasının baş məşqçisi Bert Van Marveyk gəlir. 2008-ci ildən bu yana «narıncılar»a məşqçilik edən Marvik ilk dəfə baş məşqçi kimi böyük bir beynəlxalq çempionatda iştirak edəcək.

Beşinci yerdə isə İsveçrə yığmasının baş məşqçisi Otmar Hitzfelddir. Mükafatlardan başqa ildə 1.7 milyon avro qazanan Hitzfeld 2008-ci ildən İsveçə yığmasına məşqçilik edir.

Siyahıdakı sonrakı sıralama isə belədir:

6. İspaniya yığmasının baş məşqçisi Visente Del Boske – 1.5 milyon avro.

7. Portuqaliyanın baş məşqçisi Karlos Keyruş –1.3 milyon avro.

8. Avstraliyanın baş məşqçisi Pim Veerbik – 1.2 milyon avro.

9. CAR-ın baş məşqçisi Karlos Parreyra – 1.2 milyon avro.

10. Meksika yığmasının baş məşqçisi Havyer Aqirre – 1.2 milyon avro.

Şərhləri göstər

XS
SM
MD
LG