Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:58

NATO-nun rəhbəri qənaət planı təklif edib


NATO-nin baş katibi Anders Fogh Rasmussen bu alyans üçün qənaət planı təqdim edib. Amma bildirib ki, onlar “əzələni yox, artıq piyi” kəsməlidirlər.

İyunun 10-da elan edilən rəsmi məlumata görə 2009-cu ildə NATO-ya üzv olan 28 ölkədən yalnız beşi xərclərlə bağlı alyans qarşısında öhdəliyini yerinə yetirib. Onlar Albaniya, Britaniya, Fransa, Yunanıstan və ABŞ-dır.

Müzakirələrə qatılan diplomatlardan birinin verdiyi məlumata görə Rasmussen NATO-nin hazırkı komandir heyətinin 13 000 nəfərdən 9500 nəfər, ya da hətta 7500 nəfərə endirilə biləcəyini təklif edir.

Təklif Brüsseldə NATO ölkələri müdafiə nazirlərinin toplantısında müzakirə edilib, amma hələlik yekun qərar haqqında məlumat yoxdur.
XS
SM
MD
LG