Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:42

İtaliya jurnalistləri hökuməti tətillə hədələyir


İtaliya qəzetləri polisin telefon danışıqlarının izlənməsinin qadağan edilməsi və media təşkilatlarına qarşı cərimələnməsini nəzərdə tutan qanuna qarşı etiraz aksiyası keçirir. Jurnalistlər deyirlər ki, dünən Senata verilmiş bu qanun korrupsiya və təşkilatlanmış cinayətkarlıqla mübarizəyə imkan verməyəcək.

İyunun 11-də gündəlik "La Repubblica" qəzeti bütöv birinci səhifəsində böyük hərflərlə yalnız bir cümlə qeyd edib: “Ağız tıxacı qanunu vətəndaşların bilmək hüququnu pozacaq.”

"Corriere della Sera" qəzeti isə bunu qanunu ədalətin “qara günü” adlandırıb. Jurnalistlər ümumi tətillə hədələyib, sona qədər mübarizə aparacaqlarını bildiriblər.
XS
SM
MD
LG