Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:13

Meksika Cənubi Afrikalıların bayramını pozur


Cənubi Afrika ilə Meksika komandaları arasında ilk oyun başlayıb

Cənubi Afrika ilə Meksika komandaları arasında ilk oyun başlayıb

Cənubi Afrikanın Johannesburg şəhərində təntənəli açılış mərasimindən sonra Cənubi Afrika ilə Meksika komandaları arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb. İlk qolu çempionat sahibləri vurdular. Uzun müddət hesabda irəli olan afrikalılar oyunun sonuna 10 dəqiqə qalmış qələbəni əldən verdilər. Meksikalıların oyunçusu Marques hesabı bərabərləşdirdi. Oyunun son dəqiqələrində Cənubi Afrikalıların hücumçusu qapıçı ilə təkbətək çıxsa da, onun zərbəsi qapı dirəyinə dəydi.

Oyunun baş hakimi Özbəkistandan olan Ravşan İrmatovun final fitinin səsi Dünya Kubokunun ilk oyunun heç-heçə bitməsi demək idi.

Bu gün oynanılacaq ikinci oyun Uruqvayla Fransa arasında olacaq. Bir aylıq futbol bayramında 32 ölkənin komandası yarışacaq.

Amma bu futbol bayramı Cənubi Afrikanın milli qəhrəmanı Nelson Mandelanın ailəsində faciə ilə başlayıb. Onun 13 yaşlı nəticəsi avtomobil qəzasında həlak olub.

Şərhləri göstər

XS
SM
MD
LG