Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:28

Tehran ABŞ-ı İran vətəndaşlarını oğurlamaqda ittiham edir


İranın insan haqları üzrə yüksək səviyyəli nümayəndəsi iyunun 10-da ABŞ-ı İran vətəndaşlarını oğurlayıb, qanunsuz saxlamaqda ittiham edib.

İranın İnsan Haqları Şurasının Baş Katibi Cenevrədə jurnalistlərə bildirib ki, ABŞ bir neçə İran vətəndaşını saxlayıb. Onların altı, yaxud yeddi nəfər olmaları barədə müxtəlif məlumatlar var. O, saxlananlardan birinin də keçən itkin düşmüş nüvə sahəsində mütəxəssis olan Şahram Amiri olduğu deyilir.

Bir gün əvvəl İran telekanallarından biri özünü Amiri kimi təqdim edən bir adamı göstərmişdi. O deyirdi ki, ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi onu oğurlayıb, narkotik maddələr verib və işgəncələrə məruz qoyub.

Amma mart ayında ABŞ-ın ABC telekanalı xəbər vermişdi ki, Amiri ölkədən qaçıb və ABŞ kəfiyyatı ilə əməkdaşlıq edir. Amma ABŞ kəfiyyatçıları bu xəbərə şərh verməmişdilər.
XS
SM
MD
LG