Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:22

Gənclərin 53 faizinin şəriət qanunlarının tətbiqinə tərəfdar çıxdığı açıqlandı


«ADAM» sosioloji xidməti Siyasi və İqtisadi Araşdırmalar Mərkəzinin (FAR CENTRE) ABŞ-ın National Endowment for Democracy (NED) təşkilatının dəstəyi ilə 2009-cu ildə keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Sorğuda məqsəd Azərbaycan gənclərinin sosial durumunu və ölkədəki ictimai-siyasi proseslərə baxışlarını öyrənmək olub. Sorğu anketinə gənclərin həm də dini baxışlarına dair suallar daxil edilib.

Rəyi soruşulan gənclərin (18-30 yaş arasında) 55%-i öz maddi vəziyyətindən razıdır, 43%-i isə maddi sıxıntı içində yaşayır. Daha yaxşı həyat axtarışında ölkəni birdəfəlik tərk etmək istəyən gənclərin sayı artıb – 23%. Rəyi soruşulanların 43%-i ölkəni müvvəqəti tərk etmək istədiklərini bildirib.

Respondentlərin 42%-i dövlət müəsissələrində, 11%-i biznes qurumlarında işləmək istədiyini bildirib, 40%-i isə öz biznesini qurmaq niyyətindədir, yalnız 3% heç bir yerdə çalışmadan valideynlərinin hesabına yaşamaq istəyir.

Tanrıya inandıqlarını bildirən respondentlərin sayı 96% təşkil edib. Dini ayinləri mütəmadi olaraq 13% yerinə yetirir. Tam olaraq və ya ailə məsələləri sahəsində şəriət qanunlarının tətbiqini respondentlərin 53% alqışlayır.

Qızlar üçün nikaha qədər seksi respondentlərin 69%-i pisləyib, 18%-i bunu normal hal və hər kəsin öz şəxsi işi kimi qiymətləndirib, yalniz 3%-i bunun zəruri olduğunu bildirib. Seksual azlıqlara respondentlərin 73%-i mənfi, 11%-i laqeyid, 9%-i müsbət münasibət bəslədiyini qeyd edib.

Ailədə kişinin rolunu daha yüksək tutanlar 46%, bu rolu qadına verənlər 2%, ailədə hər şeyin qarşılıqlı razılıqla baş verməsini düzgün hesab edənlər 47%, başçı olmaq hüququnun evə daha çox pul gətirənə aid olduğunu düşünənlər 4% təşkil edib.

Respondentlərin 47%-i ölkədə siyasi vəziyyəti sabit sayır. 28% siyasi vəziyyətin gərgin olduğunu düşünür. «Əmin-amanlıqdır» deyənlər 7%, «çox təhlükəlidir» deyənlər 2%, cabab verməyə çətinlik çəkənlər 16% təşkil edib.

Rusiya və Qərb gənclər arasında eyni səviyyədə populyardır: Azərbaycan Rusiya və MDB dövlətləri ilə birgə daha çox inkişaf etmək imkanına malikdir – 44%, Avropa və ABŞ-la birgə – 42%, Türkiyə ilə birgə – 37%, İran və islam dünyası ilə birgə – 8%.

Gənclərin 50%-i heç bir tarixi şəxsə bənzəmək istəmədiyini bildirib. Məmməd Əmin Rəsulzadəni seçənlər 6%, Heydər Əliyevi seçənlər 6%, Əbülfəz Elçibəyi seçənlər 5%, Kamal Atatürkü seçənlər 4%, Mehriban Əliyevanı seçənlər 4%, İlham Əliyev seçənlər 4%, Şah İsmayıl Xətaini seçənlər 3% təşkil edib.

Rəyi soruşulanların yalnız 7%-i siyasi partiya üzvü olduğunu bildirib. Respondentlərin 35%-i siyasətlə maraqlanmır.

Gənclərin internetə çıxış imkanları zəifdir. Respondentlərin yalnız 20%-i gündəlik olaraq internetə daxil ola bilir, gündə bir neçə dəfə internetdən istifadə edən respondentlər 26%, ayda bir dəfə istifadə edənlər 18%, internet çıxışına malik olmayanlarsa 36% təşkil edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG