Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:22

«Cümə Məscidi» dini icmasının dörd üzvü həbs edilib


Yevlax Rayon Məhkəməsi iyunun 10-da rayondakı «Cümə Məscidi» dini icmasının dörd üzvünün həbsilə bağlı qərar çıxarıb. İctimai qaydanı pozmaqda günahlandırılan icma üzvlərindən bir nəfəri beş, üç nəfəri üç gün həbsə məhkum edilib.

Bu barədə AzadlıqRadiosuna dini icmanın sədr müavini Ramin Quliyev məlumat verib.

İcma nümayəndəsi iddia edir ki, dindarların həbsi onlara edilən təzyiqlərlə bağlı daha yuxarı qurumlara müraciət etmələrilə əlaqədardır:

«İyunun 3-də rayonun Cırdaxan kəndində olan üzvlərimizin birinin uzun müddətdən sonra övladı olmuşdu, həyətlərində yığışıb çadırda bu əlamətdar hadisəni qeyd edirdik, amma buna imkan vermədilər. Biz buna etiraz edəndə dedilər guya biz kiməsə müqavimət göstərmişik. Bundan sonra iyunun 6-da bizi verdilər məhkəməyə».

Ramin Quliyev deyir ki, ötən il icmaya məxsus məscidin yeri satılandan sonra onlar bu barədə prezidentə və digər müxtəlif instansiyalara çoxsaylı müraciətlər ediblər, bu isə yerli qurumların xoşuna gəlməyib.

Dini icmanın bir qrup üzvü bir neçə gün əvvəl Bakıda mətbuat konfransı keçirib və yerli hakimiyyət orqanlarını tənqid ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG