Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:16

Korrupsiyaya stimul, demokratiyaya əngəl neft


«Son zamanlar artan neft gəlirləri korrupsiyanın miqyasına stimul, demokratik islahatlara isə əngəl yaratmaqdadır».

Bu fikirləri Varşavada «Şərqi Avropada demokratiya üçün perspektivlər» mövzusunda keçirilən forumda İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu səsləndirib. Məlumatı mərkəzin mətbuat xidməti yayıb.

Qubad İbadoğlu çıxışını Azərbaycan və Avropa Birliyi münasibətlərinin indiki durumuna həsr edib.

Son zamanlar artan neft gəlirləri ilə daha da pisləşən demokratiya arasındakı əlaqədən danışan mərkəz rəhbəri deyib ki, parlamentin, siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının, medianın neft gəlirlərinin idarə edilməsi üzərində nəzarət imkanları məhdud olduğu indiki şəraitdə qeyri-şəffaf xərclənən neft gəlirləri korrupsiyanın miqyaslarının genişlənməsinə stimul, demokratik islahatlara isə əngəldir.

Qubad İbadoğlu Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının problemlərinə də toxunub. O, son zamanlar bu sektorda tətbiq olunan hüquqi məhdudiyyətlərdən də danışıb.

Varşavada İctimai Siyasət İnstitutunun dəvəti ilə «Şərqi Avropada demokratiya üçün perspektivlər» mövzusunda foruma bir sıra ölkələrin dövlət rəsmləri də çıxış ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG