Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:25

Şirin Ebadinin köməkçisi həbs olunub


Nobel sülh mükafatşısı Şirin Ebadinin köməkçisi həbs olunub. Onun həbsi İranda mübahisəli prezident seçkilərinin ildönümü ərəfəsinə təsadüf edir.

Ebadinin insan haqları qrupu bildirib ki, Nərgiz Məhəmmədi iyunun 10-da axşam evində həbs olunub.

İki uşaq anası olan Məhəmmədi Ebadinin yaxın köməkçisi olmaqla yanaşı, həm də İnsan Hüquqlarının Müdafiə Mərkəzinin sözçüsüdür.

Ş. Ebadi ötən il prezident seçkiləri ərəfəsində İranı tərk edib.

Müxalifət 12 iyun seçkilərinin kütləvi saxtalaşdırıldığını iddia edir. Onlar seçkilərin ildönümündə etiraz nümayişi keçirməyi planlaşdırsalar da, sonradan iştirakçıların təhlükəsizliyinə görə fikirlərindən daşınıblar.
XS
SM
MD
LG