Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:58

Yaxın 3 gün ərzində Bakıda hava isti olacaq


Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz keçəcək. Sinoptiklərin məlumatına görə, iyunun 11-də havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 33-38 dərəcə isti olacaq. İyunun 12-13-də havanın temperaturu gecə 20-24 dərəcə isti, gündüz 30-34 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti təşkil edəcək.

Rayonlarda isə yaxın 3 gün ərzində hava şəraitinin gün ərzində yağmursuz olacağı, lakin gecə bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, qısamüddətli lokal leysan xarakterli yağış yağacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG