Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:26

«Meriyanın siyahısında müxalifətin təklif etdiyi yerlər də var»


«Mitinqlərin keçirilməsi üçün müəyyənləşdirilən yeni siyahıda müxalifətin təklif etdiyi yerlər də var». ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel belə deyib.

Onun sözlərinə görə, siyahıya 11 yer daxil edilib.

O, həmin yerlərin harada olduğunu açıqlamasa da, bildirib ki, mitinq keçirmək üçün şəhər kənarı ilə yanaşı mərkəzdə də yerlər müəyyənləşib:

«Siyahıda Bakı şəhər icra hakimiyyətinin aksiyaların keçirilməsi üçün müəyyənləşdirdiyi əvvəlki yerlərlə yanaşı, müxalifətin də təklif etdiyi yerlər var. Ümumən siyahı hazırlanan zaman bu prinsip əsas götürülüb ki, hər rayonun ərazisində aksiya keçirmək üçün heç olmasa bir yer müəyyənləşsin». /APA/
XS
SM
MD
LG