Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:49

Sərxoş prokurorluq işçisi adamlara hədə-qorxu gəldiyinə görə işdən çıxarıldı


Goranboy rayon prokurorunun müavini Ramiz Quliyev sərxoş halda adamlara hədə-qorxu gəldiyinə prokurorluq orqanlarından çıxarılıb.

Bu barədə Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ramiz Quliyev sərxoş vəziyyətdə şəxsi avtomaşınını idarə etməklə, konkret vətəndaşlara qarşı nalayiq ifadələr işlətdiyinə və prokurorluq işçisi olması ilə onlara hədə-qorxu gəldiyinə, bununla da prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə və «Prokurorluq işçilərinin etik davranış Kodeksi»nin tələblərini kobud şəkildə pozub.

Elə bu səbəbdən də o, Baş Prokurorluğun əmri ilə prokurorluq orqanlarından xaric edilib.
XS
SM
MD
LG