Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:27

Prezident mətbuatın yubileyinin keçirilməsinə dair sərəncam verib


Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsinə dair sərəncam verib.

Sərəncamda milli mətbuatın 1875-ci il iyulun 22-dən «Əkinçi» qəzetinin ilk sayının işıq üzü görməsindən başlayan tarixinə qısa nəzər salınır və indiki vəziyyətdən söz açılır.

Dövlət başçısı Prezident Administrasiyasına Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və bölgələrdə yubiley tədbirlərinin keçirilməsini təmin etməyi tapşırıb.

Administrasiya bir ay müddətində jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təkliflərlə də çıxış etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG