Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:27

Saxta sənədlərlə veteran pensiyası aldı, işin üstün 48 il sonra açıldı


Rusiyanın Volqa rayonunda II Dünya Müharibəsində iştirak etməsinə dair saxta sənədlərlə 48 il veteran pensiyası almış 80 yaşlı qocaya hökm oxunub. Məhkəmə onun il yarım azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb, amma yaşına görə hökmün icrası təxirə salınıb.

İttihama görə Boris Makarov 1944-1946-cı illərdə Qızıl orduda xidmət etməsinə dair saxta sənədlər təqdim edərək 1962-ci ildə hərbi komissarlıqda qeydiyyata düşüb. O vaxtdan bəri də bir müharibə veteranı kimi dövlətdən pensiya, ucuz qiymətə maşın alıb, başqa imtiyazlardan istifadə edib. Amma bu yaxınlarda aparılmış bir araşdırmada ortaya çıxıb ki, Boris Makarov 1944-1946-cı illərdə yerli zavodlardan birində fəhlə işləyirmiş.

Rusiya Baş Prokurorluğu onun dövlətə 16200 dollar ziyan vurduğunu bildirib. Amma məhkəmə azadlıqdan məhrumetmə cəzasını onun yaşına görə təxirə salmalı olub.
XS
SM
MD
LG