Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:10

Niderland seçkilərində anti-islamçılar böyük qələbə qazanıblar


Geert Wildersin Azadlıq Partiyası üçüncüdür
Geert Wildersin Azadlıq Partiyası üçüncüdür
Niderland keçirilən parlament seçkilərində anti-islam və anti-immiqrant Azadlıq Partiyası ölkə parlamentində üçüncü ən çox yerə malik partiya olub.

Beləliklə, bu partiyanın yeni koalisiyada təsir imkanı daha çox olacaq.

Gözləntilər belədir ki, bundan sonra hökuməti formalaşdırmaq mərhələsi çətin keçəcək.

Hələlik parlamentdə mənzərə belədir:

150 yerin 31-ni Marke Rutte-nin mərkəz-sağçı Liberal Partiyası qazanıb. Partiyanın tarixində birinci hadisədir ki, təkbaşına bu qədər yer götürür. Leyboristlərin payına 30 yer düşəcək.

Niderlandın islamlaşmasına qarşı çıxdığını bəyan edən Geert Wildersin Azadlıq Partiyası isə yerlərin sayına görə üçüncüdür. Belə qələbə bu partiya üçün əhəmiyyətli irəliləyiş sayıla bilər. Anti-islamçılardan sonra Xristian Demokratlar gəlirlər. Xristian demokratların sədri Jan Peter Balkenende deyib ki, o, bu cür məğlubiyyətdən sonra istefa vermək qərarına gəlib:

PARTİYAMA DEDİM Kİ, İSTEFA VERİRƏM

«Bu seçkinin nəticəsi mənim üçün mühümdür. Bir partiya lideri kimi gərək məsuliyyətimi başa düşəm. Partiyama dedim ki, istefa verirəm. Yeni parlamentdə isə oturmayacam. Bu da mənim öz siyasi məsuliyyətimi ifadəmdir».

Keçmiş hökumət müşaviri Jan Vis deyir ki, Jan Peter Balkenendenin istefası siyasi mühitdə ciddi dəyişiklik yaradacaq, siyasi qüvvələr bölünəcək və uzunmüddətli hökumət qurmaq daha da çətinləşək.

Azadlıq Partiyasına qarşı etiraz aksiyası, 16 oktyabr 2009
Anti–islamçı Azadlıq Partiyası isə qələbəni bayram edir. Partiyanın sədri Geert Wilders deyib ki, onların yolu daha çox təhlükəsizlik, daha az cinayət, daha az immiqrasiya və daha az islamdır.

MÖVQEYİM DƏYİŞMİR

Amma deyəsən, anti-islamçıların koalisiya ilə əməkdaşlığı asan olmayacaq. Əmək Partiyasının sədri Job Cohen artıq mövqeyini bildirib:

«Hesab etmirəm ki, biz Azadlıq Partiyası ilə birgə işləyəcəyik. Bu, mənim mövqeyimdir. Mövqeyim isə dəyişmir».

«Reuters» agenliyi hökumətin gələcək taleyi ilə bağlı təsadüfən qarşısına çıxan insanlarla küçə sorğusu keçirib, sorğuda iştirak edənlərdən biri - Catherine deyib:

CAMAAT NARAHATDIR

«Bu proses həmişə çox vaxt aparır. Belə şeylərə öyrəşmişik. Bəzən hətta aylarla çəkir. Ümid edirəm, bir neçə həftəyə həll edərlər. Camaat narahatdır».

Amstertam Universitetinin siyasi elmlər üzrə professoru Philip va Praag deyib ki, sağçılarla solçuların koalisiya formalaşdırması bir halda mümkündür: anti-islamçı Azadlıq Partiyası kənarda qalmalıdır. Beləliklə, koalisiyada Liberallar, Leyboristlər və Demokrat-66-nın kiçik partiyaları və Yaşıllar olsunlar.

Amma bu da Liberalların xərcləri azaltmaq proqramı üçün münbit şərait yaratmaq demək olardı. Əmək Partiyası da Liberalların xərcləri bu qədər çox - 39 milyard həcmində azaltması ilə razılaşmır, bir qədər yumşaq yanaşma təklif edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG