Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 03:47

Baş Prokurorluqda yeni şöbə yaradıldı


Baş Prokurorluğun strukturunda dəyişiklik edilib. “Media forum” qurumun rəsmi internet saytına istinadla bildirir ki, prokurorluğun dövlət ittihamının müdafiəsi idarəsində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət ittihamının müdafiəsi şöbəsi yaradılıb. Məlumatda qeyd olunur ki, şöbənin yaradılmasında məqsəd dövlət ittihamının yüksək peşəkarlıqla müdafiə olunması, eyni zamanda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə cinayət işlərinə baxılmasında prokurorların iştirakının səmərəliliyinin artırılmasıdır.

Baş prokuror Zakir Qaralovun əmri ilə Mircavan Rza oğlu Kazımov yeni şöbəyə rəis təyin edilib. M.Kazımov 1986-cı ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2007-ci ildən Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışıb. Baş ədliyyə müşaviri xüsusi rütbəsindədir.
XS
SM
MD
LG