Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:37

Avropa Məhkəməsisinin Azərbaycana qarşı daha bir qərarı


İyunun 10-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı daha bir iddianı təmin edib.

Məhkəmə hazırda Azərbaycanda həbsdə olan Özbəkistan vətəndaşı Şaiq Qarayevin hüquqlarının pozulduğunu tanıyıb və dövlət tərəfindən ona vurulmuş mənəvi ziyana görə 16 min avro, məhkəmə xərclərinə görə isə 2 min 500 avro məbləğində kompensasiya ödənilməsini müəyyən edib.

Şaiq Qarayev (Özbəkistan vətəndaşıdır) altı nəfəri xüsusi qəddarlıqla qətlə yetirməkdə ittiham olunaraq Özbəkistanda həbs olunub. Yetərli sübut olmadığından azadlığa buraxılıb. Lakin buraxılan kimi də qanunsuz narkotik maddə saxlama ittihamı yenidən həbs edilib.

2001-ci ilin avqustunda Özbəkistan prezidentinin fərmanı ilə əhv olunduqdan sonra Azərbaycana köçüb.

2008-ci ilin aprelində yenidən Özbəkistan hökumətinin sorğusu əsasında həbs olunub. Hazırda Azərbaycanda həbsdə olan Şaiq Qarayevin Özbəkistana ekstradisiya olunması gözlənilir.

O, ekstradisiya əmrinin ləğvi üçün iki ayrı məhkəmə işi qaldırıb. Bunlardan biri ekstradisiya olunanadək həbsdə saxlanılması və ekstradisiya qərarının ləğv edilməsi ilə bağlıdır.

Şaiq Qarayev şikayətdə bildirib ki, ekstradisiya olunduğu halda Özbəkistan hüquq-mühafizə orqanlarının işgəncələrinə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarına məruz qala bilər.

Digər iş isə ona şəxsiyyət vəsiqəsi verilməsindən imtina ilə bağlı olub. O, atasının Azərbaycan vətəndaşı olduğuna istinad edərək, bu ölkənin vətəndaşı kimi şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edib, lakin onun müraciəti rədd edilib.

Ölkədaxili müdafiə vasitələri tükəndikdən sonra Şaiq Qarayev İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü, 13-cü maddələrinin və 5-ci maddənin 1-ci və 4-cü bəndi ilə təminat verilən hüquqlarının pozuntusundan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG