Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:11

Rusiya İranla raket satılması barədə razılaşmanı dondurmur


Rusiyanın Xarici İşlər Nazirliyi bildirir ki, BMT-nin yeni sanksiyası Rusiyanın İrana S-300 raketləri satmasına dair müqaviləyə təsir etmir. Bu barədə Nazirliyin sözçüsü məlumat verib. Amma bir qədər əvvəl İnterfax agentliyi məlumat vermişdi ki, Moskva BMT Təhlükəsizlik Şurasının yeni sanskiya qərarına uyğun olaraq İrana S-300 raketlərinin satılması barədə müqaviləni dondurur.

Adının çəkilməsini istəməyən bir yüksək vəzifəli rəsmi deyib ki, yeni sanksiya İranla münasibətləri olan hər kəsə aiddir, burada Rusiya istisna deyil.

Qərb dövlətləri narahatdırlar ki, İran Rusiyadan aldığı S-300 raketləri ilə özünün nüvə proqramına daxil olan müəssisləri hava hücumundan daha etibarlı qorumaq üçün istifadə edəcək.
XS
SM
MD
LG